banner
banner

Dünya

Kim Çen Inın ilk xarici səfəri

Kim Çen Inın ilk xarici səfəri
Rusiya xarici işlər naziri Sergey Lavrov İkinci Dünya Müharibəsinin sona çatmasının 70 illiyi münasibəti ilə Moskvada keçiriləcək mərasimə qatılacaq dövlət başçıları barədə danışıb. 
Məlumatına görə, Lavrov Çinin dövlət başçısı Şi Cinping və Şimali Koreya lideri Kim Çen Inın Moskvaya gələcəyini bildirib.Bu Şimali Koreya liderinin ilk xarici səfəri olacaq. Sergey Lavrov mayın 9-da keçiriləcək mərasimə 26 ölkənin rəhbərinin qatılacağını təsdiqləyib.26 ölkə arasında Vyetnam, Yunanıstan, İsrail, Misir və Hollandiyanın da olduğu xəbər verilir.Qeyd edək ki, son zamanlar Şimali Koreya və ənənəvi müttəfiqi Çin arasındakı əlaqələr nisbətən gərginləşib. Ancaq Şimali Koreya ilə Rusiya arasında münasibətlər yaxşılaşıb. Şimali Koreya və Rusiya 2015-ci ili iki ölkə arasında "dostluq ili" elan edib.Moskvadakı mərasimə qatılacaq Çin və Şimali Koreya liderləri arasında görüşün də keçirilməsi istisna olunmur. (anspress)


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.