Luis Enrikenin rəhbərlik etdiyi kollektiv millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Görüşün taleyini 1 qol həll edib. 78-ci dəqiqədə 21 yaşlı yarımmüdafiəçi Brais Mendesin vurduğu qol ispanlara minimal hesablı qələbə qazandırıb. Qeyd edək ki, İspaniya ilə matçda Bosniya və Herseqovinanın qapısını "Qarabağ"ın sabiq qolkiperi İbrahim Şehiç qoruyub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.