ABŞ-ın Denver şəhərində atışma nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə şəhər polisi bəyanat yayıb.
Hadisə yerinə gələn polis nümayəndələri 4 yaralı aşkar edib, onlardan üçü kritik vəziyyətdə xəstəxanaya çatdırılıb, digəri isə yolda dünyasını dəyişib.
Polisin verdiyi məlumata əsasən, hadisənin törədən şəxsin kimliyi hələ əmlum deyil. Hadisə ilə əlaqəli olan şəxslər axtarılır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.