İsrailin baş naziri Binyamin Netanyahu Ameikanın MSNBC telekanalına müsahibəsində vəzifədə olacağı dövrdə İsrailin Fələstini tanımamaq barədə elan etdiyi qərarını dəyişib.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Netanyahu Fələstin Dövlətinin tanınması yolu ilə Fələstin-İsrail münaqişəsinin davamlı və dinc yolla nizamlanmasını dəstəklədiyini qeyd edib. Onun sözlərinə görə, bunun üçün şərait tam dəyişilməlidir.
Qeyd edək ki, martın 18-də Netanyahunun lideri olduğu “Likud” partiyası Knessetdə çoxluğa nail olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.