İngiltərənin hərbi təlimçiləri Ukrayna ordusunda təlim-məşqlərə başlayıb. Rusiya yönlü separatçılarla döyüşən Ukrayna ordusunun hərbçilərinin təlim-məşqlərinə 34 ingilis təlimçinin cəlb edildiyi bildiriilir. Onlar təlimi Ukraynanın cənubundakı Mikolayiv şəhərində iki ay müddətində heçirəcəklər. Təlim məşqlərinə hərbi tibb və müdafiə taktikası daxildir. Məsələ ilə əlaqədar Ukraynadan rəsmi açıqlama verilməyib. Bir müddət əvvəl İngiltərə Ukraynaya 850 min funt-sterlinq dəyərində öldürücü olmayana hərbi yardım göstərəcəyini açıqlamışdı. Qeyd edək ki, bu təlim Ukraynada separatçılarla döyüşlər başlanandan bəri hər hansı Qərb ölkəsinin Kiyevə ilk təlim yardımıdır.(anspress)
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.