banner
banner

Dünya

Eks prezident bankda işləyəcək

Eks prezident bankda işləyəcək

Aktiv siyasətlə məşğul olmamağa qərar verən Türkiyənin 11-ci prezidenti Abdullah Gülə vəzifə verildi. Cia.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Abdullah Gül “İslam Əməkdaşlıq Təşkilatı” tərəfindən yaradılan “İslam İnkişaf Bankı” idarə heyətinin məsləhət şurasında fəliyyət göstərəcək. 

Mərkəzi Səudiyyə Ərəbistanının paytaxtı Ciddədə olan İİB-nin Türkiyə də daxil olmaqla 56 üzvü var. 
Bankın məqsədi üzv olan ölkələrin iqtisadi inkişafına və üzv olmayan ölkələrdəki müsəlman icmalarına dəstək verməkdir. Ciddədə keçirilən ilk iclasda çıxış edən bank sədri Əhməd Əli məsləhət şurasının öz öhdəliklərini yerinə yetirməkdə banka yardımçı olduğunu bildirib. 
1974-cü ildə İstanbul universiteti iqtisadiyyat fakultəsindən məzun olan Abdullah Gül 8 il (1983-1991) İİB-də iqtisadiyyat mütəxəssisi kimi fəaliyyət göstərib. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.