Türkiyə sıxılmış təbii qaz daşıyan tankerlərin Bosfor boğazından keçməsinə icazə verməyib. Türkiyənin Ukraynadakı səfiri Yonet Can Tezəl açıqqlama verib. O, sıxılmış yanacağı Ukraynaya aparmalı olan tankerlərin boğazdan buraxılmamasının səbəbini belə izah edib. "Tankerlərin keçidinə icazə verilsə, dəniz daşımaçılığı sahəsindəki təhlükəsizlik qaydalarının tələbləri pozulur. Belə ki, təhlükəli yüklə dolu tankerlərin boğazdan keçməsi İstanbul və sakinlər üçün böyük təhlükədir. Qadağanın siyasi durumla bağlı heç bir bağlılığı yoxdur”, - deyə səfir bildirib. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kiyevdə səfərdədir. O, ukraynalı həmkarı Pyotr Poroşenko və baş nazir Arseni Yatsenyukla görüşüb.(anspress)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.