Bu gecə "France Football" jurnalı tərəfindən dünyada ən yaxşı futbolçuya verilən "Qızıl top" mükafatının sahibi müəyyənləşib.
Qol.az-ın xəbərinə görə, Xorvatiya millisinin və “Real”ın yarımmüdafiəçisi Luka Modriç “Qızıl top”un sahibi olub. Səsvermədə Kriştiano Ronaldo (Portuqaliya, "Real"/"Yuventus") ikinci, Antuan Qrizmann ("Atletiko", Fransa) üçüncü olub. Kilian Mbappe (Fransa, PSJ) dördüncü, Lionel Messi (Argentina, "Barselona) beşinci pillədə yer alıb. Beləliklə, karyerasında ilk dəfə bu mükafatı qazanan L.Modriç 2008-ci ildən bəri davam edən Messi – Ronaldo hegemoniyasına da son qoyub.
L.Modriç 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının son qalibidir.
Mərasimdə həmçinin, ilin ən yaxşı gənc futbolçusunun da adı bəlli olub. Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe bu ada layiq görülüb.
Tədbirdə ilk dəfə olaraq, ilin ən yaxşı qadın futbolçusu "Qızıl top" mükafatı təqdim olunub. Bu mükafat Norveç millisinin və Fransa "Lion"unun hücumçusu Ada Hegerberqə verilib.
Qeyd edək ki,"Qızıl top" mükafatını ötən il K.Ronaldo qazanmışdı.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb