Türkiyə kubokunda 1/16 final mərhələsinə start verilib.
Qol.az-ın məlumatına görə, ilk oyun günündə 6 qarşılaşma keçirilib. Səfərdə “Sivas Belediye Spor”un qonağı olan “Trabzonspor” aşağı dəstə müqavimətini qırabilməyib – 2:2.
Günün ən bol qollu oyunu isə “Alanyaspor” və “Kahramanmaraşspor” komandaları arasında olub. Bu görüşdə Superliqa təmsilçisi qonaqları 7:2 hesabı ilə məğlub edib.
Ümumilikdə isə 6 oyunda qapılara 25 qol vurulub.
Qeyd edək ki, bu mərhələnin digər oyunları bu gün və sabah keçiriləcək. Cavab matçları isə dekabrın 18, 19 və 20-də oynanılacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.