"Real"ın futbolçusu İsko "Mançester Siti"yə transfer olunmaq istəyir.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi Madrid klubundan ayrılmaq istəyi ilə bağlı fikrini komanda yoldaşlarına bildirib. İskonun "Siti"dən rəsmi təklif gələcəyi təqdirdə, "Real"dan ayrılmağa hazır olduğu vurğulanıb.
Qeyd edək ki, İsko ilə "kral klubu"nun baş məşqçisi Santyaqo Solari arasında münasibətlərin yaxşı olmadığı iddia olunur. S.Solari hesab edir ki, ispan oyunçu pis formadadır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.