Son oyun günündə 6 qarşılaşma baş tutub. “Sassuolo” – “Fiorentina” (3:3), “Parma” – “Kyevo” (1:1) və “Cenoa” – SPAL (1:1) görüşlərində qalib müəyyənləşməyib. “Empoli” – “Bolonya” matçında meydan sahibləri 2:1, “Udineze” – “Atalanta” oyununda isə qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.
Turun son oyununda “Milan” doğma meydanda “Torino”nu qəbul edib və rəqibin müqavimətini qırabilməyib – 0:0. Qeyd edək ki, hazırda turnir cədvəlinə 43 xalla “Yuventus” başçılıq edir. “Napoli” 35 xalla 2-ci, 29 xalı olan “İnter” üçüncüdür. “Milan”ın isə 26 xalı var və 4-cü sırada qərarlaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.