İspaniya La Liqasında 15-ci turun daha 4 oyunu keçirilib.
Qol.az-ın məlumtına görə, səfərdə "Hueska"nın qonağı olan "Real" rəqibini minimal hesabla məğlub edib. Qaret Beylin 8-ci dəqiqədə vurduğu qol madridlilərə qələbə qazandırıb. Bu nəticədən sonra xallarının sayını 26-ya çatdıran "kral klubu" 4-cü pilləyə yüksəlib. Onları lider "Barselona"dan 5 xal ayırır. Hərəyə 28 xal toplayan "Sevilya" və "Atletiko" klubları isə müvafiq olaraq, 3-4-cü yerləri bölüşürlər.
"Eybar" - "Levante" matçında qapılara 8 qol vurulsa da, qalib müəyyənləşməyib. "Valyadolid" səfərdə "Real Sosyedad"a 2:1 hesabı ilə qalib. "Betis" isə evdə "Rayo Valyekano"nu 2 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, tura sabah keçiriləcək "Atletik" - "Jirona" görüşü ilə yekun vurulacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb