banner
banner

İdman

"Sumqayıt" müdafiədə oturmuşdu" - Rəhman Hacıyev

"Sumqayıt" müdafiədə oturmuşdu" - Rəhman Hacıyev

"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Topaz Premyer Liqanın 14-cü turunun "Sumqayıt”la oyunundan (0:0) sonra klubun rəsmi saytına açıqlama verib.

Qol.az-ın məlumatına görə, hər xalın çöx önəmli olduğunu bildirən yarımmüdafiəçi artıq kubok oyunlarına köklənməyin vacibliyini vurğulayıb:

"Hər matça qələbə qazanmaq üçün çıxırıq. Çünki hər bir xal bizim üçün çox önəmlidir. Lakin bu oyun çox ağır oldu. Rəqib müdafiədə oturmuşdu, qol buraxmamağa çalışırdı. Yalnız əks-hücumlara bel bağlayırdı. Ona görə də qol vurmağa çətinlik çəkdik. Düzdür, fərqlənmək üçün imkanlarımız oldu, amma təəssüf ki, istifadə edə bilmədik. Artıq kubok oyunlarına köklənməliyik"



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.