Amerikalı tədqiqatçılar ən faydalı 10 göyərtinin adını açıqlayıb. Orqanizmdə möcüzə yaradan 10 göyərtinin siyahısını təqdim edirik:
1. Yaşıl kələm C vitamini, lif, kalsium və maqnezium anbarıdır.
2. Kahı kalium, dəmir, vitamin və minerallarla doludur. Milli.Az gencaile.az-a istinadən bildirir ki, kahıda B, D, E vitaminləri, natrium, mis, yod, fosfor və sink mineralları da var. Sinəni yumşaldır və öskürəyi kəsir. Həddindən artıq cinsi istəyi nizamlayır. Ana südünü artırır.
3. Cəfəri həzm sisteminə yaxşı təsir edir. C vitamini və dəmir anbarıdır.
4. Zəncirotu kalsium, A vitamini və kalium anbarıdır.
5. İspanaq: A, B2, C və K elementlərini əhatə edir. Maqnezium, manqan, fol turşusu, dəmir, kalsium və kalium anbarıdır.
6. Çuğundur yarpağı antioksidantlarla zəngindir. A vitamini və dəmirdən ibarətdir.
7. Pazı A, K və C vitaminləri ilə boldur, antioksidant xüsusiyyəti sayəsində qocalma prosesini ləngidir.
8. Çin kələmi fol turşusu və kalium anbarıdır. Ürək, böyrəklər, beyin üçün çox əhəmiyyətlidir.
9. Tərə K, C və A vitamini anbarı olduğu üçün ən faydalı tərəvəz seçilib. Sümükləri möhkəmləndirir və toxumaları yaxşılaşdırır.
10. Tərxun insan orqanizmi üçün vacib olan bir çox vitamin və maddələrlə zəngindir. Ona görə də vitamin çatışmazlığı zamanı tərxundan daha çox istifadə etmək lazımdır. Tərxunla damar divarlarındakı problemləri də aradan qaldırmaq mümkündür. Bu bitki qanı da təmizləyir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.