Almaniya hakimiyyəti vətəndaşlarını Gürcüstana səfər etməkdən çəkinməyə çağırıb.
ANS PRESS-in məlumatına görə, hakimiyyət bunu nəzarətdən kənar bölgələrin olması ilə bağlı mümkün olan problemlərlə əlaqələndirir.
Almaniyada səfərdə olan Gürcüstan xarici işlər naziri Mayya Pancikidze Almaniya hakimiyyətinin qərarına aydınlıq gətirərək bildirib ki, “Xəbərdarlıqda Gürcüstanda iki işğal edilmiş bölgənin olmasından danışılır ki, Almaniya vətəndaşlarına bu bölgələrə səfər etməsi tövsiyyə edilmir. Bundan əlavə Gürcüstana rəsmi olmayan Rusiya sərhəd məntəqələrindən də keçmək də tövsiyyə edilmir ki, bu Gürcüstanın “işğal haqqında” qanununa ziddir. Gürcüstan haqqında məhz bu faktlar təhlükə mənbəyidir”.
Gürcüstan XİN eləcədə Svanetiyada (Gürcüstanda yüksək dağlıq ərazi) alman turistlərin qarət olunması və fiziki təhqir alması hadisəsinin vətənlərində böyük səs küyə səbəb olduğunu qeyd edib.
“Bununla əlaqədar mən hamını özlərinə qarşı olduğu kimi turistlərə ehtiyatlı və diqqətli davranmağı xahiş edirəm. Oxşar qeydlər məhz belə insidentlərdən sonra üzə çıxır”- deyə Gürcüstan XİN başçısı bildirib.
Maya Pancikidze eləcədə bənzər hadisələrin baş verməyəcəyinə inandığını bildirib.
Qeyd edək ki, bundan əvvəl Almaniya xarici siyasət qurumu “mümkün terror hücumu və qaçırılma təhlükəsi ilə əlaqədar” vətəndaşlarını Cənubi Sudan Gürcüstan, Liviya, Kamerun, Mali Burkina-Faso, Nigeriya və Yəmənə səyahətdən çəkindirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.