ABŞ-ın İraqı işğal etməzdən əvvəl kütləvi qırğın silahları ilə bağlı kəşfiyyat məlumatlarının gizli saxlanılan hissəsi açıqlanıb. Vice News saytı xəbər verir ki, ABŞ-ın o dövrkü prezidenti Corc Buş kəşfiyyat məlumatlarına əsasən İraqda prezident Səddam Hüseyn dönəmində kütləvi qırğın silahlarının olmamasını təsdiq edib. Bu barədə Vice News Mərkəzi Kəşfiyyat İdarəsindən əldə etdiyi məlumata əsasən bildirir. Kəşfiyyat məlumatlarında bildirilir ki, ABŞ-ın iddia etdiyi kimi İraqda kütləvi qırğın silahları olmayıb. Məlumatlarda o da qeyd olunur ki, İraqda Səddam Hüseyn hələ uzun müddət kütləvi qırğın silahlarını hazırlaya bilməyəcək. Çünki ölkədə bunun üçün lazım olan vəsait və material mövcud deyil. Lakin Buş İraqa hücum etməzdən əvvəl bildirmişdi ki, kəşfiyyat məlumatları kütləvi qırğın silahlarının olduğunu təsdiqləyib. Və 2003-cü ildə ABŞ ordusu İraqı işğal edir. Nəticədə məlum olur ki, İraqda həqiqətən də qeyd olunan silahlar yoxdur. (anspress)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.