"Barselona" son oyunlarda yaxşı formadadır. Ancaq bu o demək deyil ki, onlar matçın favoritidir. Bu qarşılaşmanın favoriti yoxdur. Qələbə üçün əlimizdən gələni edəcəyik. Heç-heçə haqda düşünmürük".
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasında sabah keçiriləcək "Barselona" ilə oyun öncəsi deyib.
Təcrübəli mütəxəssis rəqib komandanın hücumçusu Lionel Messinin yaxşı formada olduğunu da söyləyib:
"Ancaq "Barselona" təkcə Messidən ibarət deyil. Hər iki komandanın önəmli futbolçuları və oyun üslubu var".
K.Ançelotti onu da qeyd edib ki, "Real"ın aparıcı oyunçuları Kriştiano Ronaldo və Qaret Beyl "El-Klassiko"ya ciddi hazırlaşıb:
"Bu oyuna hazırıq. Ronaldo məşqlərdə çox çalışıb. "Barselona"ya qarşı matçda onun yaxşı oyununa ehtiyacımız var".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.