Gündə cəmi 1 ədəd kök yeyin - Alimlərin yeni araşdırması inanılmaz faktları ortaya çıxardı
Gündə 1 ədəd yerkökü yemək orqanizmin güdəlik A vitamininə olan təlabatını artıqlaması ilə ödəyir. Belə nəticəyə yerkökü ilə bağlı araşdırma aparan alimlər gəliblər. Amma yerkökünün faydaları bununla bitmir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, 1 orta ölçülü yerkökü və ya yarım stəkan doğranmış yerkökü 1 pay hesab olunub 30 kalori təşkil edir. Tərkibində 6 qr karbohidrat, 3 qr şəkər və 1 qr zülal var. Mükəmməl bir A vitamini qaynağıdır. Yerkökü beta karotenlə zəngindir. Bu maddə qaraciyərdə A vitamininə çevrilir.
Araşdırmalar nəticəsində məlum olub ki, yerkökü ağciyər, süd vəzi, prostat və bağırsaq xərçəngi riskini azaldır. Alimlər siqaret çəkib heç yerkökü yeməyən insanlarla, siqaret çəkib, amma həftədə bir və daha çox kök yeyən insanları müqayisə ediblər. Məlum olub ki, 2-cilərin ağciyər xərçənginə yoluxma halı 3 dəfə azdır.
Gənc oğlanlarda da beta karotinlə zəngin pəhrizlə qidalanmanın prostat xərçənginə yoluxmanı azlaltdığı məlum olub. Yerkökünün çiy şəkildə idtifadəsi isə qadınlarda süd vəzi xərçəngi riskini 5-8 faiz arası azaldır. Liflə zəngin tərkibi isə bağırsaq xərçəngi riskini 24 dəfəyədək azalda bilər.
Tərkibində olan beta karotin güclü antioksidantdır və hüceyrələrin yaşlanmasını yavaşladır. Yerkökünün tərkibində yalnız beta karotin deyil, həmçinin də alfa karotin və lütein də mövcuddur. Mütəmadi olaraq yerkökü istifadə etmək qanda olan xolesterinin səviyyəsini azaldır. A vitamini vücuddan toksinlərin atılmasında qaraciyərə kömək edir. Qaraciyərdə olan ödü və yağı azaldır.
Qlisemik indeksi yüksək bir tərəvəz olduğundan şəkər xəstələri kök şirəsindən və salatından bol miqdarda istifadə edə bilərlər.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.