banner
banner

İdman

Millimizin baş məşqçisi istefa verdi

Millimizin baş məşqçisi istefa verdi

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Mirbağır İsayev istefa verib. 

Buna M.İsayevin komandasının Bakıda keçirilən Avropa çempionatının elit-raund mərhələsində acınacaqlı çıxışı səbəb olub.

Azərbaycan millisi qrupa keçirdiyi hər üç oyunda uduzub, rəqib qapısına bir qol vura bilməyib, öz qapısından isə 11 qol buraxıb.

M.İsayev özü Sportnet.az saytına açıqlamasında istefa verdiyini təsdiqləyib.

Gənc mütəxəssis səbəb kimi Avropa çempionatının elit-raundunda komandasının aciz çıxışını göstərib: "Biz çox aciz komanda gördük, futbolçularım turnir boyunca xarakter göstərmədilər. Mən belə komanda ilə işləmək istəmirəm. Ona görə də istefa verdim. AFFA rəhbərliyi istefamı qəbul etməsə belə, bu komanda ilə çalışmayacağam".(qol.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.