Braziliya millisinin sabiq üzvü Felipe Melo qəribə mükafat alıb.
Qol.az xəbər verir ki, Braziliyanın “UOL Esporte” nəşrinin keçirdiyi sorğuya əsasən “ilin ən qədddar futbolçusu” mükafatı 35 yaşlı futbolçuya verilib.
Hazırda "Palmeyras"da çıxış edən yarımmüdafiəçi ötən mövsüm 19 sarı və 1 qırmızı vərəqə alıb. O, səslərin 51,8 faizini toplayıb.
Qeyd edək ki, "Yuventus", "İnter" və "Qalatasaray" kimi klublarda çıxış edən Melo bu yaxınlarda verdiyi açıqlamada bildirib ki, futbolçu olmasaydı, qatil olmağı üstün tutardı.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.