İraq Hərbi Hava Qüvvələri Səlahəddin vilayətində İŞİD terrorçu qruplaşmasının mövqelərini bombardman edib. Bu barədə İraq Müdafiə Nazirliyi açıqlama verib. Nazirliyin yaydığı məlumatda bildirilir ki, terrorçulara qarşı havadan əməliyyatlar Səlahəddin və Samirə əyalətlərində həyata keçirilib. Bombardmanlar nəticəsində 70 terrorçunun öldürüldüyü, 10 hərbi texnikanın məhv edildiyi bildirilir. İraq hökuməti Səlahəddin və Ənbar vilayətlərində İŞİD nəzarəti altında olan bəzi ərazilərin hərbi əməliyyatlar nəticəsində geri alındığını bəyan edib. Əməmliyyatlarda minlərlə könüllü əsgər iştirak edib.(anspress)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.