Ürək-damar xəstəlikləri bütün dünyada insan ölümlərinə ən böyük səbəbdir. Ürəklə bağlı problemlərlə rastlaşmamaq üçün ilk növbədə qidalanmamıza diqqət etməliyik.
Şimali Amerikadan olan alimlər 5 il müddətində 80 min insan üzərində araşdırma aparıblar. Pasiyentlərin hamısından qidalanmaları barədə soruşulub. Onlar arasında ətyeyənlərlə bərabər vegetarianlar da olub. Qadın və kişidən ibarət pasiyentlər 25-44 yaş aralığına daxil olublar.
Milli.Az faktxeber.com-a istinadən bildirir ki, alimlər qrupuna rəhbərlik edən Kaliforniyanın Loma Linda Universitetinin professoru Hari Freyzer iştirakçıların hansı aralıqda nə qədər ət, qoz, bitki mənşəli qidalar qəbul etdiyini açıqlayıb. Bütün bu qidalar zülüllarla zəngin olmasına baxmayaraq, zülalın mənşəyi böyük əhəmiyyət kəsb edir.
Ürək probleminin yaranması qırmızı ətdən istifadə edənlərdə 60%, qozdan və günəbaxan tumundan istifadə edənlərdə isə 40%-dir. "Qandakı zərərli xolestrinin miqdarını azaltmaq üçün gün ərzində 10-14 ədəd qoz yemək məqsədəuyğundur", - Hari Freyzer bildirib.
Amma bununla belə, tədqiqatçılar müəyyənləşdirə bilməyiblər ki, meyvə, tərəvəz, paxlalı və dənli bitkilərdən istifadə ürək-damar xəstəlikləri olan insana necə təsir göstərir. Ancaq alimlər qeyd edir ki, bu məhsullar hər bir qida rasionuna daxil olmalıdır.
Bu araşdırmanın nəticələrini nəzərə alaraq, alimlər vurğulayırlar ki, insanlar öz ürək sağlamlığı üçün qırmızı ət istehlakını azaltmalı, günəbaxan tumu və qoz qəbulunu artırmalıdır.
Qırmızı ət artıq uzun müddətdir alimlər tərəfindən sağlam qida hesab edilmir. Onun istifadəsi xərçəng xəstəliyinin müxtəlif formalarının inkişaf riskinin artması ilə əlaqələndirilir. Tədqiqatçılar toyuq və ya hind quşu ətindən istifadəni məsləhət görürlər
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.