Hər il dünyada şəkər xəstələrinin sayı 10-12 faiz artır. Azərbaycanda isə coxlu sayda insan şəkər xəstəsi olsa belə bundan xəbərsiz olur və onların xəstəliyi məhz yoxlamalar zamanı üzə çıxıb. Son 7 ildə qeydiyyata düşən şəkər xəstələrinin sayı 100 min nəfərdən artıq olub.
Milli.Az faktxeber.com-a istinadən "Sağlam yaşamaq üçün" adlı kitabının müəllifi Füzuli Hüseynovun şəkər xəstələri üçün maraqlı reseptini təqdim edir. Onun sözlərinə görə, artıq bir çox insanlar heç bir vasitədən istifadə etmədən bu bitki qarışımından istifadə edərək normal həyatlarını yaşayırlar.
Çayın tərkibi:
Ud hindi üyüdülmüş - 300 qram Qarazirə meyvəsi üyüdülmüş - 300 qram Bağayarpağı üyüdülmüş - 300 qram Bu bitkilər quru olmalı, yaxşı-yaxşı üyüdülüb bir-birinə qarışdırmalı və şüşə balonda saxlanılmalıdır.
Yaxşı olar istifadəni belə edəsiniz: qarışıqdan hər dəfə təxminən 100 qram balondan götürüb balaca, bir ağzı bağlana bilən bir qaba tökəsiniz ki, hər dəfə ağzı açılanda bitkilərin efirli birləşmələri uçmasın.
Ud-hindi
Bu 3 bitkinin bir-birinə qarışımı, həm qanda şəkərin səviyyəsini aşağı salır, həm mədənin insulin istehsal olunan Langerhans adacıqlarına təsir edərək təbii insulin istehsalını artırır, həm də kapilyar qan dövranın pozulmasının qarşısını alır.
Ümumiyyətlə bu bitkilər ayrı-ayrılıqda belə çox faydalı bitkilərdir, məsələn qarazirə immun sistemi üçün mükəmməl bir bitkidir, ud hindi çox güclü iltihabi əleyhinə və mədəaltı vəzin iltihabında əvəzolunmaz bir bitkidir. Tərkibində zəngin insulin vardır. Bağayarpağı isə qanda yüksəlmiş şəkəri aşağı salmaq üçün əla bir vasitədir.
Qara zirə
İstifadəsi:
Bitkilər üyüdüləndən sonra bir-birinə qarışdırılmalı, qarışıqdan gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 çay qaşığı 1 stəkan qaynar suya qarışdırıb içməli. Müalicə müddəti 3 aydır. Hamiləlik zamanı bu bitki qarışımından istifadə etmək olmaz.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.