Amerikada dəmir yolunda qəza baş verib. ANS PRESS-in "TASS"a istinadla verdiyi məlumata görə, Kolorado ştatında, Hadson şəhərində 27 vaqon relsdən çıxıb. Vaqonlar kömürlə dolu olub.
Hadisə yerinə cəlb edilən xilasedicilərin verdikləri məlumata görə, vaqonların bəzilərində olan kömür ətrafa dağılıb.
Qəza nəticəsində yaralanan və ya ölən olmayıb. Hələlik qəzanın nə səbəbdən baş verdiyi də bəlli deyil.
"BNSF Railway" şirkətinə məxsus olan qatarla 17 min ton kömür daşınıb. Ümumilikdə isə 120 vaqon olub.
Qeyd edək ki, bu artıq həftəsonu yük qatarlarında baş verən ikinci belə qəzadır. Şənbə günü Texasda kimyəvi maddə ilə dolu 5 sistern aşmışdı. Xoşbəxtlikdən kimyəvi maddə sızıntısı cüzi miqdarda qeydə alınıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.