"Rusiya bu gün" radiosunun aparıcısı, bloger və yazıçı Armen Qasparyan Moldovada arzuolunmaz şəxs elan olunub. Buna səbəb onun bu yaxınlarda "Rusiyanın səsi" radiosunda Ukrayna ilə bağlı yalan xəbər yayması olub. Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, bu yalançı erməniyə 2020-ci ilə qədər Moldovaya girişi qadağan edilib. A.Qasparyan Kişinyova bu gün saat yerli vaxtla 8:15-də gəlib və gəldiyi təyyarə ilə geri Moskvaya qaytarılıb. Xatırladaq ki, daha əvvəl Moldova hakimiyyəti "Rusiya bu gün" beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyovu, həmçinin "Krım. Vətənə qayıdış" filminin müəllifi Andrey Kondraşov arzuolunmaz şəxs elan edilib. Onlara ölkəyə giriş üçün beşillik qadağa qoyulub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.