Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkün gəmisindən istifadə edəcək.
Qardaş ölkənin mədəniyyət və turizm naziri Ömer Çelik Atatürkün gəmisi "Savarona" ilə bağlı planları açıqlayıb. Onun sözlərinə görə, Ərdoğan istərsə Türkiyəyə gələn prezidentləri bu gəmidə qarşılaya bilər. "İkincisi prezidentin xaricə səfərlərində bu gəmi onu müşayiət edə bilər. Məsələn prezident bir ölkəyə getdi. O ölkənin rəhbəti ziyafət vermək istəsə Ərdoğan da onu türk gəmisində şama dəvət edə bilər". "Savarona" bir neçə gün öncə ilk qonağına qapılarını açıb. Belə ki, Bosniya Hersoqovinadan olan prezident admnstrisasiyasının nümayəndəsini Ərdoğan məhz bu "üzən sarayda" qəbul edib. Moskvada keçirilən turizm sərgisinə qatılan nazir məktəblər də Atatürkün gəmisində gəzinti ilə bağlı çox sayda müraciətlər daxil olur. Ö.Çelik gəminin nümayişə çıxarıla biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, hazırda "Savarona"da restavrasiya işləri aparılır. "Bu Atatürkün xatirəsidir".(anspress)
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.