banner
banner

Dünya

Ukraynada şaxtadan 64 nəfər ölüb

Ukraynada şaxtadan 64 nəfər ölüb

Son bir ayda Ukraynada şaxtadan 64 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu müddətdə 1037 nəfər soyuq travmasından həkimə müraciət edib, onlardan 955-i xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyinin 1 nömrəli qaydasına görə, şaxtalı havada spirtli içkidən imtina edilməlidir. İnsanlar spirtin istilik yaratdığını düşünürlər, lakin bu yanlışdır. İlkin olaraq, spirtli içki qızışma yaratsa da, bədənin daxili orqanlarının istiliyi itirir. Bundan başqa həkimlər hesab edir ki, hər bir saatdan bir qapalı isti məkanda olmaq lazımdır.

Qeyd edək ki, son günlər Ukraynada 10-18 dərəcə şaxta hökm sürür.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.