Türkiyədə əsəb sarsıntısı keçirən qadın iki uşağını öldürüb. Hadisə Hatayın Samandağ bölgəsində baş verib. 26 yaşındakı Sərpil T. 1 yaşındakı oğlu Oktay və 1 aylıq qızı Narinnuru boğub. Qadın bu əməlinə görə polsilər tərəfindən saxlanılıb. Qadın yoldaşının evdə olmadığından istifadə edərək uşaqları döyməyə başlayıb. Daha sonra əsəblərini cilovlaya bilməyən qadın uşaqlarını boğub. Hadisə yerində aparılan araşdırmadan sonra Oktay və Narinnurun cəsədləri aşkarlanıb. Uşaqların cəsədləri yarılması üçün ekspertizaya göndərilib. Uşaqların əmisi Hayrettin T. isə hadisənin hansı səbəbdən baş verdiyini bilmədiyini söyləyib. O bildirib ki, tibbi ekspertizadan sonra hər şey məlum olacaq: "Qardaşımla yoldaşı arasında hər hansı bir problem yox idi. Qardaşım çalışdığı üçün maddi problemləri də yox idi".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.