Ermənistanın paytaxtı İrəvanda tibb mərkəzlərinə xəstə uşaqların axını var. Paytaxtdakı "Arabkir" klinikasının direktoru Nina Arikyan bu haqda danışıb. Onun sözlərinə görə, bəzi günlərdə yeni xəstələr üçün nəinki palata, heç dəhlizdə də yer olmur. Buna görə xəstələri məcburən başqa klinikalara yönəldirlər. Ermənistanda 3 uşaq anası olan bir qadın da vəziyyətdən narahat olduğunu deyib. Qadın öz qızını müayinə üçün gətirəndə klinikada çox adam olduğunu, həkimlərin xəstələri müayinə etməyi çatdırmadıqlarını deyib. "Həkimləri gələn xəstələri müayinə etməyi güclə çatdırırdılar. Bəzi xəstələri hətta başqa klinikalara da göndərirdilər. Amma tezliklə oradan da zəng etdilər ki, "daha bizə xəstə göndərməyin, bizim də yerimiz yoxdur. Boş yer olmadığı üçün mənim qızımı heç xəstəxanaya da yerləşdirmədilər", - deyə qadın bildirib. Ermənistanda başqa xəstəxanaların direktorları da tez-tez yer qıtlığının, xəstələrin həddən artıq çox olduğunu qəbul edirlər. "Əgər xəstənin müaciət etdiyi bölmədə yer olmursa, biz həmin xəstəni başqa şöbələrin palatalarına yerləşdiririk", - deyə həkimlərdən biri bildirib. Qeyd edək ki, Ermənistan mətbuatı uşaqların kütləvi xəstələnməsinin səbəblərini açıqlamayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.