Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlu Viktor Yanukoviç Sevastopolda hərbi qəbirstanlıqda dəfn edilib.
Sabiq deputatın cəsədi çarter reysiylə Sevastopola gətirilib. Moskva vaxtı ilə saat 13:10-da Krım aeroportuna gətirilən kiçik Yanukoviçin cəsədinin Sevastopola aparılmasına bir saat lazım olub. Sevastopolun məbədlərindən birində Viktor Yanukoviç üçün dua oxunduqdan sonra cəsədi yerli hərbi qəbiristanlıqlardan birində dəfn edilib. Məbədin qarşısında Andreyevsk bayrağı ənənə üzrə aşağı endirilib. Ukrayna Ali Radasının sabiq deputatının həlak olması Regionlar Partiyası tərəfindən də təsdiq edilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.