Sosial şəbəkələrdə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlu Viktor Yanukoviçin qəbrinin şəkilləri yayılıb. Sabiq deputatın dəfn mərasiminə böyük məbləğdə pul xərcləndiyi iddia olunur. Lakin buna baxmayaraq Yanukoviçin qəbrinə qoyulan xaçda şəkil yoxdur. Həmçinin xaça onun soyadı və ölüm tarixi ilə bağlı heç nə qeyd olunmayıb. Maraqlıdır ki, qəbirə qoyulan çələnglərin üstündə də heç bir informasiya yoxdur. Güllərin arasında yerləşdirilmiş lentlərdə belə adlara rast gəlinmir. Qeyd edək ki, kiçik Yanukoviç Sevastopolda hərbi qəbiristanlıqda dəfn edilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.