banner
banner

İdman

Boksçularımız yenə reytinqdə ilk pillədə

Boksçularımız yenə reytinqdə ilk pillədə

Ümumdünya Boks Seriyası (WSB)10-cu turdan sonra yeni fərdi reytinq cədvəlini açıqlayıb. 
Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “Baku Fires” klubunun iki üzvü yenə də reytinqdə 1-ci yeri tutur. 
56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov 4 görüşdən sonra 20 xal toplayaraq siyahıya başçılıq edir. Onun ən yaxın izləyicisi amerikalı Fransisko Martinezin 19 xalı var. Siyahıda 3-cü yeri irlandiyalı Maykl Konlan tutur. 
Albert Səlimov da fərdi reytinqdə 1-ci yeri tutur. 5 görüşdən sonra 25 xal toplayan boksçumuz kubalı Lazaro Estrada (22 xal) və əlcəzairli Reda Benbazizi (18 xal) qabaqlayır. 
Heybətulla Hacəliyev (64 kq) reytinqdə 2-ci pillədəki mövqeyini qoruyub. Milli komandamızın üzvü 5 döyüşdən sonra 20 xal toplayıb. İtaliya nümayəndəsi Vinçenzo Maniaqapre eyni göstəriciyə malik olsa da, o, 1-ci sıradadır. Meksikalı Raul Qarsiya 19 xalla 3-cüdür. 
69 kq çəki dərəcəsində yarışan Pərviz Bağırov “Astana Arlans”la qarşılaşmada Qazaxıstan boksçusuna uduzaraq, lisenziya qazanmaq şansını çətinə salıb. Boksçumuz reytinqdə 4-cü sırada olsa da, o, lider Rəcəb Butayevdən (Rusiya) 9 xal geri qalır. 
4 qarşılaşmadan sonra 20 xal toplayan Abdulqadir Abdullayev (91 kq) hələ ki fərdi reytinqdə 4-cü yeri tutur. Qazaxıstan boksçusu Vasili Levit bu çəkidə liderdir. O, 5 görüşdən sonra 23 xal qazanıb. Kuba təmsilçisi Erislandi Savon 2-ci, polşalı İqor Yakubovski isə 3-cü yeri tutur. 
Superağır çəki dərəcəsində Arslanbek Mahmudov 19 xalla 4-cü pillədədir. Amma boksçumuz ilk 3 yeri tutan rəqiblərinin hamısından 1 görüş az keçirib. Siyahıya 25 xalı olan Filip Hrqoviç başçılıq edir. Böyük Britaniya təmsilçisi Cozef Coys 2-ci yerdədir. 
Xatırladaq ki, 49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olacaq boksçular, digər çəkilərdə isə 1-2-ci yerləri tutacaq idmançılar Rio de Janeyro Olimpiadasına vəsiqə qazanacaqlar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.