Hollandiyanın "Feyenoord" klubu mövsümün sonunda komandadan ayrılacaq baş məşqçisi Fred Ruttenə əvəzləyici tapıb.
Komandanı yeni mövsümdən Covanni van Bronkorst çalışdıracaq.
Hazırda Ruttenin köməkçisi vəzifəsində çalışan van Bronkorstla mövsümün sonunda iki illik müqavilə imzalanacaq. Klubun direktoru Martin Qil 4 ildir komandanın texniki heyətində yer alan van Bronkorstun baş məşqçiliyə hazır olduğunu bildirib.
Qeyd edək ki, "Feyenoord" 28 turdan sonra 54 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.(qol.az)
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.