İsrailin baş naziri Benyamin Netanyahu ötən həftə keçirilən parlament seçkisində dediyi sözlərə görə ölkənin ərəb azlığından üzr istəyib. O deyib ki, ərəb vətəndaşlar “kütlə şəklində” səs verirlər. Onun bu sözləri İsrail və ABŞ-da tənqidə səbəb yaratmışdı. ABŞ prezidenti Barak Obama administrasiyasının rəhbəri İsrailin insan hüquqları qrupuna bildirib ki, Vaşinqton B.Netanyahunun seçki ərəfəsi dediyini diqqətə almaya bilməz. Xatırladaq ki, İsrailin baş naziri ötən gün öz iqamətgahında ərəb icmasının üzvləri ilə görüşündə üzr istəyib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.