Rafael Ağayev Fransada keçirilən “Karate1” Premyer Liqa turnirində medal qazanıb
Fransanın paytaxtında Karate1 Premyer Liqasının "Paris Open" mərhələsində çənəsi və burnundan iki zədə alan milli komandanın lideri, turniri gümüş medalla başa vurub. Bundan başqa R.Ağayev Dünya Karate Federasiyasının (WKF) ötən mövsümün ən yaxşı idmançıları üçün təsis etdiyi "Grand Winners"-in mükafatçılarından biri olub. Namizədlərə mükafatları Yaponiyanın Fransadakı səfiri Masato Kitera və WKF-in prezidenti Antonio Espinos, həmçinin təşkilatın baş katibi Toşixisa Naqura təqdim edib.
Yarışda iştirak edən milli komandanın digər üzvlərindən Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Turqut Həsənov, Pənah Abdullayev (ikisi də -84 kq) və Nuranə Əliyeva (-50 kq) təsəlliverici görüşlərə qatılsa da, nəticədə medal qazanmaq şansını əldən veriblər.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb