ABŞ Konqresinin Nümayəndələr Palatası yeni qətnamə qəbul edib. Sənəddə Prezident Barak Obamaya tövsiyə edilir ki, Ukraynaya silah göndərməyi tezləşdirsin. Konqresmenlərdən 348-i sənədin lehinə, 48-i isə əleyhinə səs verib. Qətnamədə deyilir: "ABŞ prezidentinə tövsiyə xarakterli çağırış olunur ki, Konqresin verdiyi səlahiyyətdən istifadə edib Ukraynanı müdafiə döyüş silahları ilə təmin etsin.” Sənədin müəllifləri, respublikaçı David Coyce və demokrat Eliot Engel bildiriblər ki, silah Ukrayna xalqına müdafiə üçün lazımdır. Ukraynanın şərqindəki münaqişədə itkilər üçün bütün məsuliyyət Rusiyanın üzərinə düşür.(anspress)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.