"Barselona-Düsseldorf səfərini həyata keçirərkən qəzaya düşən təyyarədə türk vətəndaşlarda olub". Bu barədə İspaniya Kralı Felipe açıqlama verib. Kral Türkiyə rəsmilərinə başsağlığı verib. Fransa prezidenti Fransua Olland da təyyarədə türk sərnişinlərin olduğunu təsdiqləyib. Təyyarədə neçə türk sərnişinin olduğu isə hələlik məlum deyil. Sərnişin təyyarəsinin Nitç şəhərinin şimalındakı Barselonnette qəsəbəsinə 100 kilometr məsafədə düşdüyü ifadə edilir. Fransa rəsmiləri bölgəyə getmək üçün heç bir nəqliyyatın olmadığını, yalnız vertolyotla qəza baş verən əraziyə səfərlərin mümkün olduğunu qeyd edib. Düşən təyyarə ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi sözçüsü Tanju Bilgiçdə açıqlama verib: "Təyyarədə türk var ya yoxdur bunu bilmirik. Dostlarımız bunu araşdırır. Bu ana qədər müsbət və ya mənfi bir şey söyləyə bilmirəm. Ümid edirəm ki, təyyarədə türklər yoxdur", - deyə XİN rəsmisi qeyd edib. Qeyd edək ki, "Airbus A 320" təyyarəsi Fransanın cənubunda qəzaya düşüb. Sərnişin təyyarəsində 2 pilot, 4 ekipaj üzvü və 142 sərnişin olub. Təyyarə ucuz bilet satan və Lufthanzanın alt markası olan "Germanwings" adlı hava yolu şirkətinə aiddir. Təyyarə 1991-ci ildə istehsal olunub və 24 ildirki istismar olunur.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.