ÜST xəbərdarlıq edir: bu qidadan QƏTİ İSTİFADƏ ETMƏYİN!
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, trans yağlar dünyada hər il təxminən, 550 min nəfəri ürək-damar xəstəliklərinə məruz qoyur və ölümünə səbəb olur.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu yağlar saysız xəstəliklərin yaranmasının birbaşa səbəbi kimi bilinir.
Buna görə də ÜST 2023-cü ilə qədər trans yağların qida siyahısından tamamilə çıxarılması üçün çağırış edir. Dünyada ilk olaraq 2003-cü ildə Danimarka süni yağların istifadəsini ölkə miqyasında məhdudlaşdırıb.
Trans yağ nədir?
Trans yağ bir çeşid doymamış yağ turşusudur. İki qrupa ayrılır: təbii yolla əmələ gələn və sənaye üsulu il əldə edilən. Təbii yolla əmələ gələnlər ət və süd məhsullarında az miqdarda olur. Süni yolla əldə edilənlər isə bitkilərdən alınan yağlara hidrogen əlavə edilərək düzəldilir. Beləliklə, yağın "piştaxta ömrü" uzadılır və yenidən isidilməyə qarşı müqaviməti artırılır.
Yarımfabrikat məhsullar, un məmulatları, kartof qızartması, toyuq naqqetsləri və bəzi kabablar kimi qızardılmış yeməklərdə yüksək miqdarda süni yağ var.
Zərərləri
Süni yağ qanda xolestrol və triqliseritin miqdarını artırır və ürək-damar xəstəliklərinə səbəb olur. 2 tip diabet, insulin mqaviməti, metabolim sindrom, artıq çəki və piylənmə, döş, mədəaltı, prostat, nəfəs borusu xərçənginə, cinsi çatışmazlıq və sonsuzluq, alzaymer kimi təhlükəli xəstəlikərə səbəb ola bilər.
Faydaları
Trans yağların insan fiziologiyasına hər hansı fayda verməsi bu günə qədər aparılan araşdırmalarda isbat edilməyib.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.