İspaniyanın "Qranada" klubunun futbolçusu Eddi İsrafilov milli komandamızın düşərgəsinə qoşulmaq üşün Bakıya yola düşüb. ANS PRESS-in məlumatına görə, Eddi bu haqda "Facebook" səhifəsində xəbər verib. Eddi İsrafilov bu barədə foto da paylaşıb. Futbolçu qardaşı və anası ilə birlikdə ölkəmizə gəlir. Eddi sabahdan millimizin Malta ilə oyunun təlim-məşq toplanışına qoşulacaq. Qeyd edək ki, martın 28-də millimiz AÇ-2016 seçmə mərhələsi çərçivəsində Maltanı qəbul edəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.