"Əgər ABŞ Kiyevə döyüş silahları versə, parlament prezident Vladimir Putinin Ukraynaya ordu göndərmək səlahiyyətini bərpa etməlidir." Bunu Ədalətli Rusiya Partiyasının Dövlət Dumasındakı deputatı Mixail Yemelyanov deyib. O bildirib ki, ABŞ belə addım atsa, Rusiya açıq şəkildə yaraqlılara silahla kömək göstərməliyik. Deputat Frants Klintseviç isə vurğulayıb ki, ABŞ Ukraynaya silah göndərsə, bu, Ukraynanın şərqindəki atəşkəs rejiminin yenidən pozulmasına gətirib çıxaracaq. Xatırladaq ki, Rusiya parlamenti ötən ilin martında V.Putinə belə səlahiyyət verib, amma sonra ləğv olunub. ABŞ Konqresinin Nümayəndələr Palatası isə martın 23-də prezident Barak Obamanı Ukraynaya döyüş silahları göndərməyə çağıran qətnamə qəbul edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.