ABŞ və müttəfiqlərinin İranla nüvə razılığı barədə danışıqlar apardığı bir vaxt İsrail bağlı qapılar arxasında keçirilən məxfi müzakirələrin təfərrüatlarının ələ keçirilməsi üçün casusluğa əl atıb. Cia.az xəbər verir ki, məlumat “Wall Street Journal”da dərc edilib. Qəzet yazır ki, Ağ Ev rəsmiləri ötən il İsrailin məxfi məlumatların ələ keçirilməsi üçün dinləmə qurğularından istifadə etdiyini bildirib. Diplomatlar və ekspertlərin dediyinə görə, razılıq İranın nüvə proqramının dinc mahiyyət daşıdığının təminat altına alınması üçün əldə edilməlidir. Tərəflər xaricdən heç bir təsirə yol verilməməsi üçün müzakirələrin məxfi saxlanması barədə razılıq əldə edib. Lakin buna baxmayaraq İsrail rəsmiləri dəfələrlə razılığın İranı nüvə silahı istehsal etmək cəhdindən yayındırmayacağını bildirib. ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerri də daxil edilməklə, Amerika rəsmiləri müzakirələrin nəticəsinin qərəsiz olması üçün danışıqların məxfi saxlanmasının vacibliyini önə çəkir. İsrail-ABŞ münasibətləri ötən ay İsralin baş naziri Benyamin Netanyahunun Nümayəndələr Palatasının spikeri Con Beynerin dəvəti ilə Konqres qarşısında çıxış etməsi ilə gərginləşib. Belə ki, dəvət Ağ Evin protokoluna zidd olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.