banner
banner

İdman

"Qarabağ"a qayıdan Almeyda və Reynaldo "TOP-10"da

"Qarabağ"a qayıdan Almeyda və Reynaldo "TOP-10"da

Qazaxıstanın vesti.kz saytı  qış transfer dönəmində ölkəni tərk edən ən yaxşı 10 futbolçunun siyahısını dərc edib.

Qol.az-ın məlumatına görə, "TOP-10"da  "Qarabağ"a qayıdan Riçard Almeyda və  Reynaldo da yer alıb.

 

Həmkarlarımız "Aktobe"dən Ağdam təmsilçisinə  transfer olan Reynaldo haqda bunları yazıb: "Reynaldo yaxşı futbolçudur. Onun komandaya şübhəsiz faydası var idi. 30 oyunda 7 qol vurdu, 3  qolun ötürməsini verdi. Ancaq klub onun "Qarabağ"a qayıtmaq istəyinə mane olmadı. O,2013-2017-ci illərdə  də bu klubda çıxış edirdi. Futbolçuya yaxın mənbənin  məlumatına görə,Reynaldo "Qarabağ"la "Aktobe"dəkindən az maaşa razılaşıb. Onun Azərbaycanda təkrar oynamaq  istəməyi  maliyyə məsələsindən üstün olub".


Yazıda Almeydanın  isə  özünü "Astana"da getdikcə yaxşı tərəfdən göstərməyə başladığı vurğulanıb: "Ancaq "Astana" ona görə komanda deyildi. O, daha çox kombinasiyalı futbolu sevir. Bu mənada "Kayrat" və ya "Aktobe"yə daha uyğun gələrdi. Nəticədə Almeyda "Qarabağ"a icarəyə verildi".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.