PSJ-nin futbolçusu Anxel di Mariya Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"ə qarşı matçda (2:0) sabiq klubunun azarkeşləri tərəfindən yaxşı qarşılanmayıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, görüş ərzində top argentinalı yarımmüdafiəçidə olan zaman azarkeşlər onu fitə basıblar. Buna əsəbiləşən Di Mariya 53-cü dəqiqədə komandasının ilk qolundan sonra sevncini çılğın şəkildə qeyd edib. O, azarkeşlərə yönəlmiş qıcıqlanırıcı jest edib. Bundan sonra qəzəbli fanatlardan biri ona pivə butulkası atıb.
Argentinalı yarımmüdafiəçi isə butulkanı yerdən qaldırıb, içmək işarəsi etdikdən sonra kənara atıb və künc zərbəsini yerinə yetirib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb