Ermənilər üçün növbəti dəfə bədbəxt hadisə baş verib. Canavar Dərələyəz (Dzorsk) bölgəsində yerləşən Çivə kəndində 5 sakinə hücum edib. Kəndin rəhbəri Naira Sarkisyan bildirib ki, hadisə martın 24-də saat 14:15-də qeydə alınıb. Sakinlər kənddən təqribən 500 metr aralıda ot yığırkən canavar onlara hücum edib və nəticədə 5 nəfər qadın ciddi xəsarət alıb. Canavar onların əllərini, ayaqlarını və üzlərini dişləyib. Zərər çəkənlər xəstəxanaya yerləşdiriliblər. Hazırda canavarın quduz olub-olmaması aydınlaşdırılır.
N.Sarkisyanın sözlərinə görə, bu, son günlər ərzində baş verən ilk canavar hücumu deyil. Bundan əvvəl də belə hadisələr olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.