"Bavariya"nın oyunu İranda göstərilmədi - qadın hakimə görə
Almaniya Bundesliqasının 22-ci turunda keçirilən "Bavariya" - "Auqsburq" matçı İran telekanallarında nümayiş etdirilməyib. Qol.az xəbər verir ki, buna səbəb görüşü qadın hakim Bibiana Ştaynhausun idarə etməsi olub. İran telekanallarında qadını şortikdə göstərmək qadağandır.
Xatırladaq ki, Bibiana Ştayhnaus Almaniya Bundesliqa tarixində ilk qadın hakimdir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.