İran “WhatsApp”, “Viber”, “Tango”, “Line” kimi messenger proqramlarının istifadəsinə qadağa qoyur.
CİA.Az AzVision.az-a istinadən xəbər verir ki, artıq bununla bağlı qərar verilib və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırıq verilib ki, 30 gün müddətinə bu proqramlara girişə qadağa qoyulsun.
Məhkəmənin rabitə və texnologiyalar naziri Mahmud Vaezinə göndərdiyi məktubda bu qadağanın səbəbi açıqlanıb. Məktubda bildirilib ki, “WhatsApp”, “Viber”, “Tango”, “Line” kimi proqramlarda “islam əxlaqına, ümumi təhlükəsizliyə və İran İslam Dövlətinin ali dini lideri Ayətullah Xamneyini təhqir edən mesajlar göndərilir. Buna görə də bu proqramlar qadağan edilsin.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.