Yəmən prezidentinin ətrafındakı mənbələr Əbd Rabbo Mansur Hadinin ölkədən qaçması barədə xəbəri təkzib edib. ANS PRESS xəbər verir ki, bu barədə “Al Arabya” qəzeti məlumat yayıb. Daha öncə isə Yəmən prezidentinin helikopterlə ölkəni tərk etdiyi barədə xəbər yayılmışdı. Xəbərə görə, Yəmən prezidenti Əbd Rabbo Mansur Hadi husitlərin Ədənə yaxınlaşmasını görərək öz iqamətgahını tərk edərək naməlum istiqamətə yox olub. Məlumata görə, şiə üsyançılar - husitlər bu gün şəhərin 60 kilometrində yerləşən iri aviabazaya hücum ediblər. Son məlumatlara görə, üsyançılar şəhərin 40 kilometrliyinə yaxınlaşıblar. Şəhərdə dövlət qulluqçularına evə getmək göstərişi verilib. Şəhər sakinlərinin bəziləri silahlanıb. Daha öncə bildirilmişdi ki, Səudiyyə Ərəbistanı Yəmənlə sərhədə çox sayda döyüş texnikası göndərir. Səudiyyə Ərəbistanının husitlərə qarşı hava zərbələri endirəcəyi də bildirilirdi. Yəməndə hazırda siyasi böhran hökm sürür. Ölkənin cənubunda "Əl-Qaida" hökm sürür, mərkəzdə isə prezident qüvvələri ilə husitlər arasında döyüşlər gedir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.