banner
banner

Dünya

ABŞ Ukraynaya silah göndərdi FOTO

ABŞ Ukraynaya silah göndərdi

ABŞ-nin Ukraynaya bağışladığı 230 ədəd “Humvee” zirehli avtomobillərinin ilk partiyası Kiyevə çatdırılıb. 
Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi saytı xəbər verib.
İlk partiyanı gətirən ABŞ hərbi nəqliyyat təyyarəsi Kiyevin “Borispol” hava limanına enib. Bu münasibətlə keçirilən rəsmi mərasimdə prezident Pyotr Poroşenko da iştirak edib.
Ukrayna lideri 10 zirehli avtomobilin gətirildiyini və qalan 220 “Humvee” in 45 gün ərzində Ukraynaya çatdırılacağını bildirib. Bu yardımlara görə Poroşenko ABŞ-a təşəkkür edib. Dövlət başçısı bildirib ki, müvafiq silahlar quraşdırıldıqdan sonra avtomobillər döyüş zonasında olan desant qoşunlarının sərəncamına veriləcək. 
ABŞ Ukraynaya hərbi yardımlarını davam etdirəcəyini vəd edib. 









Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.