Hər il olduğu kimi ABŞ hökumətinin müxtəlif dövlətlərə və təşkilatlara büdcədən maliyyə yardımı ayırması məsələsi sabah Konqresdə müzakirə olunacaq. ANS-in Vaşinqton bürosunun məlumatına görə, müzakirələrdə Azərbaycan, Ermənistan tərəfi də iştirak edəcək. Hər il olduğu kimi, bu il də Ermənistan tərəfinin həm öz ölkəsinə, həm də işğal altında saxladığı Dağlıq Qarabağdakı separatçı rejimə maddi yardım üçün ABŞ hökumətindən xahiş edəcəyi gözlənilir. Müzakirələrdə iştirak edəcək Azərbaycan nümayəndələri isə Konqresdən həm Ermənistana, həm də Dağlıq Qarabağdakı separatçı rejimə bu yardımın birdəfəlik kəsilməsini istəyəcək. Onlar qondarma Dağlıq Qarabağ respublikasına yardım ayrılmasının Azərbaycanın ərazi bütövlüyunə zidd olduğunu bildirəcəklər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.