“Rusiya prezidenti Vladimir Putinin sağlamlıq vəziyyətinin ən ciddi sirr kimi saxlanması onun mütləq diktator olduğunu sübut edir”. Bunu şahmat üzrə sabiq dünya çempionu Harri Kasparov bildirib. Putin hakimiyyətinə qarşı müxalifət mövqeyində dayanan Kasparov Rusiya prezidentinin səhhətində ciddi problemlər olduğunu və bunun qırğız həmkarı ilə görüşündə aşkar müşahidə edildiyini deyib. Həmin görüşü bütün detallarının tamamilə quraşdırılmış səhnə hesab edən sabiq dünya çempionu sözlərinə belə davam edib: "Bu görüşün bütün detalları quraşdırılma idi. Heç vaxt təsəvvur edə bilmərəm ki, Putin Qırğızıstan prezidentini sarayının xiyabanında gəzdirib. Putin belə vəziyyətdə təsəvvüründə ancaq Obamanı gəzdirmək istəyərdi. Görünür, səhhətində olan problemlər Putinə adət etdiyi həyasız - sırtıq həyatı yaşamağa imkan vermir. Görüş zamanı ona çox çətin idi". Onun sözlərinə görə, Putin 9 maya qədər aktiv hərbi əməliyyatlara təşəbbüs etməyəcək. Putini İŞİD terrorçularına bənzədən Kasparov onun Kremldə öləcəyini də sözlərinə əlavə edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.